“ABŞ Azərbaycan əsgərinə qarşı törədilmiş zorakılığa görə çox narahatdır”
- 14.04.2023, 11:00,
- Siyasət / Dünya
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır”.“Qanunyolutv.az”-ın məlumatına görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbuk hesabında paylaşım edilib.
“Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseyn Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara
məruz qaldığını görmək mümkündür.