DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər
- 10.05.2022, 15:00,
- Siyasət
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.“Qanunyolu.TV.az” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.