Son sutkada neçə doza vaksin vurulub?
- 22.02.2022, 16:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 398 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 973, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 33 311 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 2 156 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə 4 777 007 nəfər təşkil edir. Ümumilikdə 2 566 634 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə dəyişməyib – 196 138.