Son sutkada 30 mindən çox “buster” doza vurulub
- 04.02.2022, 16:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 57
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, “buster” doza üzrə isə 30 600 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə 4 748 738 nəfər təşkil edir. Ümumilikdə isə 2 158 266 “buster” doza vurulub.