Bu gün nə qədər vaksin vurulub?
- 01.12.2021, 18:40,
- Səhiyyə / Xəbər
Baxılıb: 50
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 30 008 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə 4 573 036 nəfər təşkil edir. Ümumilikdə isə 911 353 “buster” doza vurulub.