Vurulan vaksin sayı 12 milyonu ötdü
- 30.01.2022, 16:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 728 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, “buster” doza üzrə isə 26 044 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 12 000 749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 288, ikinci mərhələ üzrə 4 742 169 nəfər təşkil edir. Ümumilikdə isə 2 028 192 “buster” doza vurulub.