Vaksinasiya ilə bağlı son vəziyyət
- 12.01.2022, 16:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768, “buster” doza üzrə isə 24 802 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə 4 703 255 nəfər təşkil edir. Ümumilikdə isə 1 699 018 “buster” doza vurulub.