Vaksinasiya ilə bağlı son vəziyyət
- 11.01.2022, 16:30,
- Səhiyyə / Xəbər
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 735 vaksin vurulub.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, “buster” doza üzrə isə 25 215 vaksin vurulub.
Vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə 4 699 487 nəfər təşkil edir. Ümumilikdə isə 1 644 216 “buster” doza vurulub.