Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdi - Video
- 09.02.2021, 10:30,
- Kriminal
Baxılıb: 49
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.
Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən “Muğam Ocağı” restoranında “Soel” parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
****
“Soel” şirkətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirilib ki, həmin məclisi onlar təşkil etməyib: “Bu məlumatın bizim adımızdan təqdim edilməsi doğru deyil. Sadəcə əməkdaşlarımız başqa bir məclisdə iştirak ediblər”.