Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi - Foto+Yenilənib

  • 09.12.2020, 16:25,
  • Kriminal
  • Baxılıb: 35
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi - Foto+Yenilənib

Bakıda restoranların birində toy mərasimi keçirməyə cəhd olunub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, Suraxanı rayonunda yerləşən “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.

Toy mərasiminin təşkilatçısı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci Polis Bölməsinə gətiriliblər.
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi - Foto+Yenilənib

Hazırda bölmədə xüsusi karantin rejimi qaydalalarını pozaraq toy mərasimi keçirməyə cəhd edənlər, təşkilatçılar, iştirakçılar və restoranın rəhbərliyi barədə qanunauyğun olaraq tədbir görülür.
****

Xüsusi karantin rejimi qaydalarını pozaraq toy etmək istəyənlərin şəxsiyyəti məlum olub. Belə ki, saxlanılanlar mərasim zalının icarədarı - paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxsdir. Onlardan B.Babayev oğluna toy təşkil etmək istəyib.
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi - Foto+Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter