Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı
- 30.08.2020, 20:10,
- Kriminal / Xəbər
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, onlar ərazidə xidmət aparan RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.