Bəşir Süleymanlı və Alpay Məmməd həbs edildi - Yenilənib
- 14.03.2025, 21:00,
- Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs edilib.“Qanunyolutv.az”-ın məlumatına görə, o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib.
Bəşir Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
****
“Seçki Müşahidə” Alyansının icraçı direktoru Alpay Məmməd də cinayət məsuliyyətinə cəlb edilib.Alpay Məmməd barəsində də 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.