Bakıda qardaş bacısını bıçaqladı

  • 22.08.2024, 10:30,
  • Kriminal
  • Baxılıb: 4
Bakıda qardaş bacısını bıçaqladı

Paytaxtın Nərimanov rayonunda bıçaqlanma baş verib.

“Qanunyolutv.az” xəbər verir ki, hadisə avqustun 21-də qeydə alınıb. Bakı şəhər sakini 1984-cü il təvəllüdlü F.Quliyev münaqişə zəminində bacısı
1986-cı il təvəllüdlü Ruhiyənin döş qəfəsinə bıçaqla xəsarət yetirib.

F.Quliyev polis tərəfindən saxlanılıb.

Nərimanov RPİ-də araşdırma aparılır.
****

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, paytaxt ərazisində naməlum şəxsin 38 yaşlı qadına bıçaqla xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ-nin 18-ci PŞ əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı 1984-cü il təvəllüdlü F.Quliyev saxlanılaraq istintaqa təqdim edilib. Araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter