Şəmkirdə qardaş bacısını öldürdü
- 04.02.2023, 18:00,
- Kriminal
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkirdə qardaş bacısını qətlə yetirib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabirkənd kəndində baş verib.
31 yaşlı kənd sakini Şahiq Şərəfli 1995-ci il təvəllüdlü bacısı Qənirə Şərifovanı bıçaqla qətlə yetirib.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.
Araşdırma aparılır.
****
"Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.Onun sözlərinə görə, dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:“İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”.
