Bakıda küçədə atəş açıldı - Ölən var - Video - Yenilənib
- 26.06.2024, 22:00,
- Siyasət
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Nərimanov rayonunda bir nəfər küçədə güllələnib."Qanunyolutv.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir nəfər kişi odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə "Metro Park"ın yaxınlığında baş verib. İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb tərəflər arasındakı mübahisə olub. Mübahisədən sonra gənclərdən biri digərini güllələyib.
****
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.