Gəncədə 27 yaşlı oğlan iki qardaşı bıçaqladı
- 26.03.2021, 10:35,
- Hadisə / Kriminal
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.
RPİ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N. Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.