Bacıların işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

  • 09.02.2024, 11:30,
  • Kriminal
  • Baxılıb: 2
Bacıların işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Xəbər verdiyimiz kimi, dələduzluqda təqsirli bilinən Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

“Qafnunyolutv.az”-ın əldə etdiyi görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda bacıların anket məlumatları yenidən dəqiqləşdirilib, şikayətlərin dəlilləri araşdırılıb.

Aytac Əliyevanın şikayəti qanunamüvafiq qaydada verilsə də, İlknur Turkutun vəkili və digər bir nəfər zərərçəkmiş apellyasiya şikayətini təyin edilmiş 20 günlük müddət bitdikdən sonra verib. Vəkil və zərərçəkmiş müddətin bərpa edilməsinə şərait yaradılması ilə bağlı vəsatət qaldırıb. Anar Tanrıverdiyevin sədrlik etdiyi hakimlər heyəti vəsatətləri təmin edib.

Qərara əsasən, müddətin bərpası məsələsi müzakirə edilməsi üçün cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan 1 milyon manata yaxın hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il, İlknurTurkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter