İlknur elə orada həbs edildi - Bacılara hökm oxundu
- 05.12.2023, 12:00,
- Siyasət / Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Dələduzluqda ittiham olunan YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən bacılar verilmiş ittihamlarla təqsirli bilinib. Aytac Əliyeva 7 il, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs edilib. Hökmdən əvvəl bacılar son söz deyiblər. Onlar təqsirli olmadıqlarını təkrarlayaraq, bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Qeyd edək ki, Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan 1 milyon manata yaxın hesablanıb.
Aytac Əliyeva həbsdə, İlknur Turkut isə ev dustaqlığında idi.