Maşının qabağını kəsən sürücü 10 sutka həbs edildi - Yenilənib
- 28.04.2020, 23:53,
- Kriminal
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək sürücüyə xəsarət yetirən şəxs saxlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Suraxanı RPİ 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Müvafiq sənədlər toplanılır, şikayətçinin və qeyd edilən şəxsin izahatları alınıb. Şikayətçinin vurulması iddiasına görə xəsarətin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Çox güman ki, yekunda sənədlər məhkəməyə göndəriləcək və bu işlə bağlı qərarı məhkəmə verəcək".
***
Avtosfer.az saytının məlumatına görə, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu bu gün məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs olunub
***
Qeyd edək ki, Xalid Cəfərov Peşəkar Futbol Liqasının (PFL) baş mühasibidir.
