Uşaqları “otlamağa” məcbur edən şəxs həbs edildi - Yenilənib

  • 15.04.2020, 22:43,
  • Kriminal
  • Baxılıb: 24
Uşaqları “otlamağa” məcbur edən şəxs həbs edildi - Yenilənib












Uşaqları videoya çəkib yayan Şamaxı rayon sakini Polis Şöbəsinə gətirilib.
"Qanunyolu.info.az",“Qafqazinfo”-ya istinadən xəbər verir ki, uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görülüb. Məlum olub ki, həmin şəxs Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ. Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb.
İ.Xudiyev bildirib ki, videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

***
Uşaqları "otlamağa" məcbur edib videoya çəkən şəxs həbs edilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O, qeyd edib ki, araşdırmalar nəticəsində azyaşlı uşaqları həyətyanı sahədə "otlamağa" məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan İkram Xudiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter