Ər-arvad partlayışdan 11 gün sonra öldü

  • 28.04.2020, 00:20,
  • Kriminal
  • Baxılıb: 50
Ər-arvad partlayışdan 11 gün sonra öldü












Masallı rayonunda aprelin 16-da fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan ər-arvad xəstəxanada vəfat edib.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, Təzə Alvadı kənd sakinləri - 1968-ci il təvəllüdlü İntiqam Qədiyev və onun arvadı 1975-ci il təvəllüdlü Sevinc Qədiyeva yerləşdirildikləri 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsində vəfat ediblər.

Partlayışda cütlüyün qızı Rüfanə Qədiyeva, onun 4 yaşlı oğlu Cahid Eyvazov və 2 yaşlı qızı Zəhra da xəsarət alıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter