Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan şəxs öldü

  • 12.04.2020, 19:24,
  • Kriminal
  • Baxılıb: 21
Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan şəxs öldü












Şəmkirdə atasının yandırdığı evdə ağır xəsarət alan şəxs dünyasını dəyişib.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun xəbərinə istinadən, aprelin 7-də Şəmkir rayonunda yanğın zamanı ağır xəsarət alan 32 yaşlı Əkbər Vəliyev Bakıda müalicə olunduğu xəstəxanada ölüb. Onun həyat yoldaşı və azyaşlı övladının vəziyyəti isə ağırdır.

Xatırladaq ki, hadisə aprelin 7-də axşam rayonun Aşağı Seyfəli kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Vəliyev Vəli yaşadığı evi yandırıb. Hadisə zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, oğlu - 1988-ci il təvəllüdlü Əkbər Vəliyev, gəlini -1988-ci il təvəllüdlü Nərgiz Vəliyeva və nəvəsi - 4 yaşlı Banu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. V.Əkbər, V. Nərgiz və azyaşlı Banunun vəziyyəti ağır olduğu üçün Bakıda xəstəxanaya göndəriliblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter