Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu - Video

  • 24.05.2022, 16:30,
  • Kriminal
  • Baxılıb: 31
Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu - Video

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son həftədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

“Qanunyolutv.az” DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, onlarda ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılanlar birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu - Video

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter