Narkotik satan silahlı şəxs tutuldu

  • 25.02.2022, 14:30,
  • Kriminal
  • Baxılıb: 60
Narkotik satan silahlı şəxs tutuldu

Xəzər rayonu Binə qəsəbəsində silahlı narkotacirlər saxlanılıblar.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbəsi sakini Xanlar Hacıyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş atəşə yararlı ov tüfəngi, həmçinin 5 ədəd həmin silaha məxsus patron aşkar edilib. O, silahı satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Paytaxt sakini Elgün Əliyevin üzərindən 1 büküm heroin aşkar edilib. O, narkotiki Binə qəsəbəsində yaşayan Vidadi adlı şəxsdən aldığını bildirib.

Narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vidadi Rzayev və onun başçılıq etdiyi narkotik vasitələrin satışını təşkil edən şəbəkəyə daxil olan qardaşı Namiq Rzayev, eləcə də tanışı Ceyhun Nurullayev saxlanılıblar. Şəbəkə üzvlərinin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilib. Əlavə olaraq dəstə üzvü olan Namiq Rzayevin yaşadığı evdən 1 ədəd istifadəyə yararlı “Walter” markalı tapança və patron darağı aşkar olunub.

Onlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə yaşayan narkotacirlərdən onlayn yolla Xəzər rayonu və ətraf qəsəbələrin ərazisində satmaq məqsədi ilə aldıqlarını deyiblər.

Həmçinin, Vidadi Rzayevin yaşadığı evə baxış zamanı narkotik vasitələri satdığı müxtəlif şəxslərdən bunun müqabilində əldə etdiyi çoxlu sayda mobil telefonlar və digər məişət əşyaları aşkar edilərək götürülüb.

Tutulan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter