Oğurlanan 2 yaşlı uşağın atası da tutuldu - Video

  • 10.01.2022, 23:36,
  • Kriminal
  • Baxılıb: 46
Oğurlanan 2 yaşlı uşağın atası da tutuldu - Video

Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşaqla bağlı cinayət işi başlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda 2 yaşlı Məhəmməd Şıxalıyevin oğurlanması ilə bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb.
Oğurlanan 2 yaşlı uşağın atası da tutuldu - Video

Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
Oğurlanan 2 yaşlı uşağın atası da tutuldu - Video


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter