Balaxanıda 32 yaşlı şəxs qətlə yetirildi
- 24.10.2020, 11:20,
- Kriminal
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlu bıçaqlanaraq öldürülüb.Sabunçu rayon prokurorluğundan "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.