Narkotik çəkib taksi sürənlər saxlanıldı - Fotolar

  • 09.01.2022, 14:20,
  • Kriminal
  • Baxılıb: 39
Narkotik çəkib taksi sürənlər saxlanıldı - Fotolar

Ağdaş Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən ediliblər.
Narkotik çəkib taksi sürənlər saxlanıldı - Fotolar

"Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdaş rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından o, bölməyə gətirilib. Elşən Kərimovun marixuana qəbul etməsi təyin olunan ekspertiza nəticəsində sübuta yetirilib.
Narkotik çəkib taksi sürənlər saxlanıldı - Fotolar

Keçirilən digər tədbir zamanı “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun da marixuana qəbul etdiyi məlum olub.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter