“Rent a car”dan götürdüyü maşını narkotik çəkib sürdü - Video

  • 18.12.2021, 12:00,
  • Kriminal
  • Baxılıb: 49
“Rent a car”dan götürdüyü maşını narkotik çəkib sürdü - Video

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi “KİA” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib.
“Rent a car”dan götürdüyü maşını narkotik çəkib sürdü - Video

Ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.

Qeyd edək ki, araşdırma zamanı sürücünün avtomobili “rent a car” götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter