Narkotik çəkib maşın sürən şəxs həbs olundu

  • 21.12.2021, 08:00,
  • Kriminal
  • Baxılıb: 63
Narkotik çəkib maşın sürən şəxs həbs olundu

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü aşkarlanıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Hənifə kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü davamlı olaraq yol-hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Narkotik çəkib maşın sürən şəxs həbs olundu

Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən vaxtında görülmüş tədbirlərlə nəqliyyat vasitəsini saxlamaq mümkün olub. Sürücünün və nəqiyyat vasitəsindəki sərnişinin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan onlar Polis Şöbəsinə gətirilib. Müayinə zamanı avtomobili idarə edən Məmməd Hüseynov və sərnişin Ayaz Ramazanovun marixuana qəbul etdiyi məlum olub.
Narkotik çəkib maşın sürən şəxs həbs olundu

Onların barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məmməd Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter