Taksi sürücüsü formasında narkotik satarkən tutuldu

  • 27.05.2021, 14:00,
  • Kriminal
  • Baxılıb: 31
Taksi sürücüsü formasında narkotik satarkən tutuldu

Qobu və Hökməli qəsəbələrində taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Qobu və Hökməli qəsəbələrində, eləcə də, Abşeron rayonunun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb.

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın psixotrop maddə olan metamfetamin, 15 qram narkotik vasitə heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter