“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - Foto

  • 03.08.2021, 11:50,
  • Kriminal
  • Baxılıb: 50
“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - Foto

Paytaxtın Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-dən verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - Foto

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter