DİN-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı - Açıqlama
- 21.12.2020, 21:30,
- Kriminal
Baxılıb: 56
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.DİN-in Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “Kamaz” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb.
Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub.
Qurumdan bildirilib ki, vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir.