Elmira nənənin pulunu oğurlayan şəxs həbs edildi - Foto
- 17.06.2021, 22:00,
- Kriminal
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs həbs olunub.DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən açıqlamasında bildirib ki, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.