Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı

  • 26.03.2021, 11:00,
  • Kriminal
  • Baxılıb: 34
Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oyun zalından oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, Quba rayonu ərazisində yerləşən oyun zallarının birindən 3 ədəd “Playstation-3” aparatının və həmin aparatlara aid 4 ədəd pultların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Qusar rayon sakini Elxan Xəlilov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı E.Xəlilov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Qubada oyun zalından oğurluq edən şəxs saxlanıldı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter