Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu
- 04.06.2020, 11:00,
- İdman
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə məlumatı pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası Hafiz Verdiyev yayıb.
O bildirib ki, Bayram Əliyev hazırda xəstəxanadadır və müalicə alır.
Qeyd edək ki, Bayram Əliyev Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayorudur.