“Lukoil”in vitse-prezidenti koronavirusa yoluxdu

  • 07.05.2020, 21:10,
  • Dünya
  • Baxılıb: 25
“Lukoil”in vitse-prezidenti koronavirusa yoluxdu












“Lukoil” şirkətinin vitse-prezidenti, Moskvanın “Spartak” futbol klubunun sahibi Leonid Fedun koronavirusa yoluxub."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 64 yaşlı biznesmen xəstəxanaya yerləşdirilib, müalicə alır.

Qeyd edək ki, L. Fedun “Spartak”ın 32,7% -lik payına sahibdir və klub prezidentidir. 1994-cü ildən etibarən “Lukoil” şirkətinin vitse-prezidenti vəzifəsini icra edir.
“Lukoil”in vitse-prezidenti koronavirusa yoluxdu












O, “Lukoil”in prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovdan sonra şirkətin ikinci ən böyük səhmdarıdır. Belə ki, neft şirkətinin təxminən 10%-nə sahibdir.

“Forbes” jurnalı Fedunun sərvətini 6,3 milyard dollar dəyərində qiymətləndirir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter