Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - Video
- 07.03.2021, 13:20,
- Hadisə / Sosial / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib.Metronun “28 May” stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın – 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.
Onun Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivində yaşadığı bildirilir.
"Qanunyolu.info.az" Real TV-yə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə həmin qadın hadisə yerindəcə keçinib.
Qeyd edək ki, ətrafda tikinti prosesi gedir. Ehtimal olunur ki, dəmir parçası qadının üzərinə həmin istiqamətdən düşüb. Havanın küləkli olması da buna şərait yaradıb.
Faktla bağlı araşdırma aparılır.