Oğuzda kütləvi davada yeniyetmə yaralandı - Yenilənib
- 22.06.2020, 18:45,
- Kriminal
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Oğuzda kütləvi dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb."Qanunyolu.info.az", "Qafqazinfo" nun məlumatına istinadən, hadisə bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində baş verib. 5 nəfər arasında düşən dava zamanı Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.
Yaralı Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı 16 yaşlı M. Qədirlinin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Oğuzda baş verən davanın təfərrüatları bəlli olub.2004-cü il təvəllüdlü Murad Qədirli bıçaqla deyil, dəmir parçası ilə xəsarət alıb.
Bələ ki, 16 yaşlı M.Qədirli ilə digər bir şəxs mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və nəticədə M.Qədirli hər iki qolundan dəmir parçası ilə yetirilmiş xəsarətlər alıb.
Yaralı Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarətləri yüngül olan 16 yaşlı yeniyetmə ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.