Beyrutda daha bir güclü yanğın - Video
- 10.09.2020, 15:15,
- Hadisə / Dünya
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Livanın paytaxtı Beyrutda güclü yanğın baş verib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən məlumata görə, yanğın avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş eyni yerdə olub.
Yanğının səbəbi məlum deyil. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları göndərilir. İşçilər təcili olaraq liman ərazisini tərk edirlər.
***
“Əl Arabiya” telekanalının məlumatına görə, yanğın dəniz limanının ərazisində yerləşən avtomobil təkərləri və yanacaq-sürtkü anbarında başlayıb.
Xatırladaq ki, avqustun 4-ü Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160 nəfər ölmüş, 5 mindən çox insan isə yaralanmışdı. Beyrut qubernatoru Marvan Abbud partlayışdan şəhərə dəyən zərərin 15 milyard dollar məbləğində qiymətləndirildiyini bildirmişdi.