Beyrut limanında 4 tondan çox təhlükəli maddə tapıldı

  • 03.09.2020, 00:15,
  • Dünya
  • Baxılıb: 23
Beyrut limanında 4 tondan çox təhlükəli maddə tapıldı

Livanın paytaxtı Beyrutda limanda içərisində 4 tondan çox ammonium nitrat olan konteyner aşkarlanıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ötən ay 2 750 ton ammonium nitratın məhv edildiyi limanda axtarışlar davam etdirilir. Tapılan növbəti konteynerdə 4 ton 350 kiloqram kimyəvi maddəyə rast gəlinib.

Xatırladaq ki, Beyrutda avqustun 4-də baş vermiş partlayış nəticəsində şəhərin böyük hissəsi dağılmış, 160-dan çox insan ölmüş, 5 mindən çox insan isə yaralanmışdı.

Faciəyə 2 750 ton ammonium nitratın düzgün saxlanılmaması nəticəsində baş verdiyi açıqlanmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter