Bir ailənin 4 üzvü qətlə yetirildi - Beyləqanda dəhşət+Adlar

Bir ailənin 4 üzvü qətlə yetirildi - Beyləqanda dəhşət+Adlar

Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonu Tatallar kəndində bir ailənin üzvləri - ata, ana və 2 oğlu ov tüfəngi ilə öldürülüb.

“Qanunyolutv.az”-ın məlumatına görə hadisəni törətməkdə şübhəli bilinən ailənin qonşusu 27 yaşlı Fuad Cəlilzadə polis tərəfindən saxlanılıb.
****

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.
****

Qətlə yetirilənlərin adları:

1971-ci il təvəllüdlü Tərgül Quliyeva, 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1996-cı il təvəllüdlü Amin Quluzadə, 2002-ci il təvəllüdlü Xəyal Quluzadə. 
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter