Minik avtomobilləri toqquşdu, sərnişin yaralandı - Fotolar
- 05.01.2022, 22:50,
- Hadisə / Kriminal
Baxılıb: 87
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatalada iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb."Qanunyolu.info.az"-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala Gürcüstan sərhədi yolunun, Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1955-ci il təvəllüdlü Əliabad qəsəbə sakini Yusubov Suravudin Süleyman oğlunun idarə etdiyi "VAZ 21074 "markalı avtomobillə, 1998-ci il təvəllüdlü Bakı şəhəri Səbayıl rayonu Bayıl qəsəbə sakini Məmmədzadə Elnur Ehtiqad oğlunun idarə etdiyi "Mercedes Benz" markalı avtomobil toqquşub.
Nəticədə "VAZ 21074 "markalı avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Əliabad qəsəbə sakiniŞabanov Terlan Firvan oğlu xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.