Hacıqabulda qəzada 1 nəfər öldü, 6 nəfər yaralandı - Fotolar
- 30.07.2021, 19:00,
- Hadisə / Xəbər
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Hacıqabulda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib."Qanunyolu.info.az"-ın məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini 1986-cı il təvəllüdlü Qocayev Elşən Zayəddin oğlunun idarə etdiyi "Vaz- 2106" markalı minik avtomobili ilə hərəkətdə olan zaman Şirvan sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızının idarə etdiyi "Hyundai" markalı minik avtomobili toqquşub.
Qəza zamanı "Vaz-2106"-nın sürücüsü Elşən Qocayev hadisə yerində ölüb.
Xəsarət alanlar Hacıqabul sakinləri - 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, 37 yaşlı Qocayeva Pərvin Qabil qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı və “Hyundai” markalı avtomobilin sürücüsü Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.