Polkovnikin məzarından oğurluq edildi
- 01.12.2021, 20:30,
- Hadisə / Kriminal
Baxılıb: 55
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmazda qəbiristanlıqlardan silsilə oğurluq edilib.“Qanunyolu.info.az” xəbər verir ki, hadisə rayonun Hacıəlibəy kəndində qeydə alınıb. Oğrular əsasən nüfuzlu şəxslərin məzar daşlarındakı bahalı güldanları oğurlayıblar.
2015-ci ildə vəfat etmiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi, polkovnik Rəhman Mustafayevin məzarındakı güldanların oğurlandığı bildirilir. Onun qəbrindən 5 güldanı aparıblar. Daha 2 güldan isə kəndin bələdiyyə sədri Faiq Məhərrəmovun ailəsinə məxsus məzarlardan oğurlanıb.
Oğurluq nəticəsində Mustafayevlər ailəsinə 1400 manat, Məhərrəmovlar ailəsinə isə 1500 manat ziyan dəyib.
Bənzər hallar Xaçmazın Ağyazı-Buduq və Yergüc kəndlərində də baş verib. Sakinlər DİN-nin 102 qaynar xəttinə müraciət ediblər.