Şəkidə “Mercedes” aşdı, 3 nəfər yaralandı - Fotolar
- 23.11.2021, 19:30,
- Hadisə / Kriminal
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəkidə baş verən qəzada 3 nəfər xəsarət alıb."Qanunyolu.info.az"-ın məlumatına görə, hadisə axşam saatlarında Şəkinin Oraban kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Belə ki, Orta Zəyzid kənd sakini 28 yaşlı Nizami Abdulsalamovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər 24 yaşlı Roza Abdulsalamova, 5 yaşlı Ümid Abdulsalamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, Nizami Abdulsalamov və Roza Abdulsalamovanın vəziyyətləri yaxşıdır.
Azyaşlının vəziyyəti isə orta-ağır oldugu bildirilir.
Faktla bağlı araşdırma aparılır.