"Vətən Müharibəsi Əlillərinə Kömək" İB-nin idarə heyəti 31 mart soyqırımı ilə bağlı 4 dildə Bəyanat Yaydı
- 27.03.2021, 12:30,
- Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 119
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin (VMƏKİB) idarə heyətinin fəalları 31 mart soyqırımı günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək soyqrımı qurbanlarının əziz xatirəsini ehtiramla andılar. "Qanunyolu.info.az" xəbər verir ki, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi Azərbaycan xalqına qarşı amansızcasına törədilmiş 31 mart qətliamı ilə bağlı təbliğat yönümündə milli və vətənpərvər ruhlu Azərbaycanın Beynəlxalq diaspora təşkilatlarının nümayəndələri ilə birlik, həmrəylik nümayiş etdirərək 4 dildə video bəyanat yaydı.
Birliyin icraçı direktoru Zamin Zeynalov mediaya açıqlamasında qeyd etdi ki, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin bu cür ictimai təşəbbüsü həyata keçirməkdə əsas məqsədi Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərinin, dünya ictimaiətinin diqqətinə çatdırılması ilə bağlı həyata keçirdiyi Beynəlxalq siyasətə İctimai töhvələr verərək, dəstək olmaqdır.
Bəli, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi təşkilatı bu kimi tədbirlərin daima iştirakçısı olub, özlərinin xeyirxah və xeyriyyəçi əməlləri ilə insanların nüfuzunu qazanıblar. Tədbirdə birliyin sədr müavini Məcid Məmmədov Memorial Kompleksdə qoyulan xatirə kitabçasına kollektiv adından öz ürək sözlərini də qeyd etmişdir.
Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin fədakar kollektivinə daima işlərində uğurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
"Qanunyolu.info.az" Arif Süleymanlı
