Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.













"Dinimiz xalqımızın milli-mənəvi sərvətidir"
Heydər Əliyev


Azərbaycan Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Bildiyimiz kimi Qurban bayramı - İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilən Qurbanlar kasıblara, imkansız və şəhid ailələrinə və.s. paylanılır.

Bu günlərdə yəni, 30 iyul tarixində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə hər il olduğu kimi bu ildə bu ağır pandemiya ərəfəsində ənənəmizə sadiq qalaraq xeyriyyə tədbiri keçirdi. Tədbirə birlik məni də Qarabağ müharibəsi veteranı kimi dəvət etmişdi. Məndə hamı kimi bu xeyriyyə tədbirində iştirak edib təşkilatın üzvləriylə yaxından tanış olaraq çox şad oldum. Bu gözəl gündə Qarabağ qazilərimizi, şəhid ailələrimizi, Qarabağ əlillərimizi və təşkilatçıları bayram münasibətilə təbrik etdim.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.













Tədbiri ilk öncə birliyin sədri Qurban Məmmədov açdı. O, öz çıxışında tədbirdə iştirak edən bütün iştirakçıları - Qarabağ qazilərini, şəhid ailələrini, Qarabağ əlillərini müqəddəs Qurban bayramı günü münasibətilə təbrik edərək, şəhidlərimizə Allahdan rəhmət dilədi.

Sonra söz birliyin sədr müavini Məcid Məmmədova verildi. O, öz növbəsində gələn iştirakçıları salamlayaraq, VMƏKİB-in sədri Qurban müəllimə və Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədova dərin təşəkkürünü bildirərək, tədbir iştirakçılarının bayramını təbrik etdi və bildirdi ki, bu xeyriyyə aksiyalarımız davamlı olacaqdır.

Tədbirdə çıxış üçün söz VMƏKİB-nin mətbuat üzrə sədr müavini Yasəmən xanım Qəyyumluya verildi. Yasəmən xanım əvvəlcə Qurban bayramının necə yarandığını, bu sözün nə demək olduğunu iştirakçılara izah edərək fikrini çatdırdı. Sonra o, da hamını səmimi qəlbdən təbrik edib, onlara həyatda can sağlığı, xoşbəxt günlər arzuladı.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.















Daha sonra isə tədbirə toplaşanları təbrik etmək üçün söz birliyin "İctimayyətlə Əlaqələr" şöbəsinin müdiri Rəfil Mustafayeva verildi. Rəfil müəllim də tədbirdə deyilən təbriklərə qoşularaq, şəhid ailələrimizi, Qarabağ qazi və əlillərimizi, təşkilatın fəxri üzvülərini salamlayaraq, ölkəmizi və dünyamızı cənginə almış bu ağır pandemiya dövründə keçirilən xeyriyyə aksiyasını birliyin köməyi ilə ərsiyə gətirib millətə qayğı, kömək göstərərək, onları bu müqəddəs ayda sevindirməyi özlərinə borc bildiklərini söylədi.

Çıxışlardan sonra isə tədbir iştirakçılarına yəni, Qarabağ qazi və əlillərinə, şəhid və imkansız ailələrinə bayram sovqatı olaraq ərzaq və ət məhsulları paylanıldı. Tədbirdə 150-200 nəfərə yaxın insanlara sovqatlar verildi. Tədbir iştirakçıları da Qurban müəllimə, Məcid müəllimə bu xeyriyyə aksiyasını təşkil etdikləri üçün öz dərin təşəkkürlərini bildirib çox məmnun qaldıqlarını söyləyərək, onların əziyyətlərini yüksək qiymətləndirdilər.

Onu da qeyd edim ki, VMƏKİB-yi 2007-ci ildən təsis olunaraq fəaliyyət göstərir. Birliyin əsas üzvləri əlillərdən ibarətdir. Təşkilat mütəmadə olaraq bütün bayramlarda xeyriyyə tədbirləri keçirərək bir çox insanları sevindirir.
Bundan əlavə də bizim yaralı yerimiz olan Xocalı soyqırımını, qanlı 20 Yanvar faciəsini hər il anırlar. Yəni ümumiyyətlə bütün tarixi hadisələrə biganə qalmırlar. Bu yaxınlarda təşkilat komandası ilə birlikdə şəhidimiz general Polad Həşimovun dəfn günü məzarını ziyarət edərək, onun məzarı üstünə birliyin adından əklil qoymağı bir Azərbaycan vətəndaşı kimi özlərinə borc biliblər.
Beləliklə də VMƏKİB-yi fəaliyyətə başladığı ilk gündən bu günə kimi insanlar arasında öz layiqli nüfuzunu, hörmətini qazanmış, dövətimizə dəstək olaraq xeyirxah əməllərini bu gündə davam etdirməkdədir.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.















P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının təsisçi və baş redaktoru olaraq Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin (VMƏKİB) sədri Qurban Məmmədova, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədova və bütövlükdə birliyin ruh yüksəkliyi ilə bu təşkilatda çalışan komandasına kollektivimiz adından dərin təşəkkürümüzü bildirərək, onlara bu xeyirxah işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar və nailiyyətlər arzulayıram.Arzu edirəm ki, VMƏKİB-yi günü-gündən inkişaf etsin və gələcəkdə də ehtiyacı olan imkansız insanları sevindirsinlər.

QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN!
#Bizbirlikdəgüclüyük!
"Qanunyolu.info.az" təsisçi Arif Süleymanlı
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi (VMƏKİB) növəti dəfə xeyriyyə aksiyası keçirdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter