Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayonunun gənc veteranları ilə görüşdü
- 03.03.2021, 21:00,
- Gündəm / Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 75
Facebook
Вконтакте
Одноклассники
Google+
AVMVİB-nin Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov Vətən Müharibəsinin qəhrəman döyüşçüləri ilə görüşüb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bu dəfə də birliyin sıralarına könüllü olmaq istəyən gənc döyüşçülər İbrahimov Kənan və Hümbətov Yusifə Birliyin üzvülük vəsiqələrini təqdim edib. AVMVİB-i daima şəhid ailələrini, qazilərimizi, imkansız ailələri diqqət mərkəzində saxlayıb, onların problemləri ilə maraqlanıb və lazımı köməkliklər göstəribdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin məqsədi, amalı məhz bu yolda, yəni xeyirxahlıq etmək missiyasını yerinə yetirmək və millətinə, xalqına, dövlətinə layiqincə xidmət etməkdir.
Allah Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və Azərbaycan Ordusunu qorusun!
#BizBirlikdəGüclüyük!"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı