"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi - dəyirmi masa arxasında
- 18.02.2021, 15:00,
- Gündəm / Cəmiyyət / Sosial / Xəbər
Baxılıb: 109
Facebook
Вконтакте
Одноклассники
Google+
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı və özəl sektoru təmsil edən şirkət rəhbərlərinin iştirakı ilə şəhid ailələrinə, qazilərinə diqqət və qayğının artırılması yönümündə “QHT özəl sektor əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirildi.Dəyirmi masada “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin İdarə heyətinin üzvləri çıxış edərək qeyd etdilər ki, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələri və Vətən Müharibəsi qaziləri ilə bağlı həyata keçirdiyi dövlət siyasətini rəhbər tutaraq QHT və iş adamları ilə bu cür xeyirxah məqsədli dəyirmi masa və tədbirlərin, birgə təşəbbüslərin mütəmadi olaraq keçirilməsinin vacibliyinə diqqət çəkərək, 44 günlük vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin ailələrinin qayğı və problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etmək, eyni zamanda bu Qələbə zəfərində böyük xidmətlər göstərmiş, sağlamlığını itirmiş qazilərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar iş adamları ilə birgə əməkdaşlıq çərçivəsində onların işlə təmin edilməsi, sağlamlıqları üçün lazımi ictimai dəstək tədbirlərinin davamlı şəkildə keçiriliməsinin vacibliyindən danışdılar.

Dəyirmi masada “Həkəri Co LTD” şirkətinin rəhbəri Fərail Quliyev çıxış edərək bildirdi ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə iş adamlarının sıx, səmərəli əməkdaşlığının nəticəsində şəhid ailələri və qazilərlə bağlı belə xeyirxah niyyətli birgə təşəbbüslərin keçirilməsi olduqca vacibdir.
Şirkət rəhbəri çıxışında mövcud imkanlar çərçivəsində ölkəmizdə şəhid və imkansız ailələlərə, qazilərə diqqət, maddi və mənəvi yardım istiqamətində “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə və səmərəli işgüzar əməkdaşlıq fəaliyyətinə daima hazır olduqlarını bildirdilər.
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Mətbuat XidmətiP.S. Sonda bizdə"Qanunyolu.info.az" xəbər portalının killektivi adından "VMƏK" İB-nin işgüzar kollektivinə bu xeyirxah əməllərində yeni-yeni müvəffəqiyyətlər, işlərində uğurlar arzulayırıq.
#BizBirlikdəGüclüyük!"Qanunyolu.info.az" - Təsisçi və baş redaktor
Arif Süleymanlı
