Əziz və hörmətli oxucularımız, dəyərli "Qanunyolutv.az" saytının izləyiciləri. Bu dəfə mən sizə 40 ildən sonra bir-birilərini axtarıb tapan Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 223№-li tam orta məktəbin 8"q" sinfinin uşaqlarının görüşündən yazaraq sizlərə çatdıracam.Bəli nəhayət ki, 40 ildən sonra 8"q" sinfinin uşaqları bir araya gəlib görüşərək bu uzun sürən həsrətə son qoydular. 40 ilin həsrəti illər öncə təhsil aldığımız bizə doğma olan 223№-li tam orta məktəbdə 9 May tarixində baş tutdu.
Qeyd edim ki, ilk öncə sinif yoldaşlarımla birlikdə 40 il əvvəl 1-ci sinfə qədəm qoyduğum 223№-li tam orta məktəbə daxil olub parta arxasında oturaraq ilk dəfə əlimizə qələm tutduğumuz günlərimizi xatırladıq. Bir an hər kəs kövrəldi, keçmişinə qayıtdı. Sonra Vətən uğrunda torpaqlarımızın ərazi bütövlüyünün azad edilməsində canlarını, qanlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.

Daha sonra hər kəs keçmişdə olan hadisələrdən, xatirələrindən, bizə dərs deyən müəllimlərdən danışaraq onları yad etdlər. Dünyasını dəyişən müəllimlərimizi, sinif yoldaşlarımızı da yaddan çıxarmayıb onlarıda andıq ruhlarına dualar etdik. Doğma məktənimizdən ayrılıb sinfimizin illər öncə itkin düşmüş, 32 ildən sonra nəşi tapılıb dəfn olunmuş qəhrəman oğul Şəhid Abdullayev Cəlal Xankişi oğlunun evində olduq, ailəsini ziyarət etdik. Şəhidin qardaşı Namiq Cəlalın döyüşlərdə göstərdiyi şücaətlərindən, onun mərdliyindən, nəşinin necə tapılmasından və necə şəhadətə ucalmağından danışdı. Məndə şəhidin qardaşı Namiqə kollektivimiz adından
"Dəmir Yumruq" simvolunu və təsis etdiyim
"Təşəkkürnamə"ni təqdim etdim. Təqdimatdan sonra bizi şəhidin adına açılan çay süfrəsinə dəvət etdilər. Sonda xatirə şəkilləri çəkdirdik.
Hörmətli oxucular sonra Şəhid Abdullayev Cəlalın dəfn olduğu məzarını ziyarət etdik. Məzarı üstünə qərənfillər qoyub dualar oxuduq. Ziyarət bitdikdən sonra növbəti missiyamızı yerinə yetirərək daha bir sinif yoldaşımız olan Şəhid Dövlətov Akif Bəndi oğlunun evində olduq. Onun qəhrəman anası Gülbadam xanımı ziyarət etdik. Gülbadam ana bizim gəlişimizdən həqiqətən də çox sevindi.Sevinc göz yaşları axıtdı. O, bizə oğlunun döyüş yolundan, xatirələrindən, həyatından danışdı və xüsusilə onu da vurğuladı ki, Akifin adını yaşatmaq üçün bacısı uşağı onun adını daşıyır.
Sonda Gülbadam anaya da kollektivimiz adından
"Dəmir Yumruq" simvolunu və təsis etdiyim
"Təşəkkürnamə"ni təqdim etdim. Xatirə şəkilləri çəkdirdik. Təqdimatdan sonra isə Gülbadan ana bizi şəhidimizin adına ehsan olaraq açılan çay süfrəsinə dəvət etdi. Bizdə çayımızı içib anayla sağollaşaraq ayrıldıq. Necə deyərlər: "Yolçu yolunda gərək". Ordanda birbaşa yollandıq şəhidimizin dəfn olunduğu məzarını ziyarət etmək üçün II Fəxri Xiyabana.
Dostlar II Fəxri Xiyabanda Şəhid qardaşımız igid, qəhrəman oğul Dövlətov Akif Bəndi oğlunun məzarını ziyarət etdik, məzarı üstünə qərənfillər düzərək ruhuna dualar etdik.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!Əziz oxucularımız missiyamızı yerinə yetirdikdən sonra bu gününmüzü, 40 ildən sonra olan görüşümüzü qeyd etmək üçün gəldik Sahil qəsəbəsində yerləşən
"Xəzri" ailəvi restoranına. Burda da uzun illər görmədiyimiz sinif yoldaşlarımızla dedik-güldük, rəqs etdik, gözəl bir gün keçirdik. Bax beləcə əziz dostlar, oxucular 40 illik görüşümüzü beləcə xoş əhval-ruhiyyə ilə başa vurub ayrıldıq.
P.S.Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektimiz adından əziz sinif yoldaşlarıma bu yolda daima bir addımlamağımı, həmişə xeyirxah əməllər sahibi olmaqlarını, mehriban, səmimi, bir-birilərinə dəyər verib qiymətləndirməklərini arzu edirəm. Arzu edirəm ki, həmişə bir olaq, bir addımlayaq. Hər kəsə uğurlar arzulayıram əziz sinif yoldaşlarım!
#BİZBİRLİKDƏGÜCLÜYÜK!Qələmə aldı: "Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü
ARİF SÜLEYMANLI